HESAB GUNUNUN PEŞMANCILIĞ


HESAB GUNUNUN   PEŞMANCILIĞI

“Sur calınacaq və Allahın istədiyi kəslərdən başqa goylərdə və yerdə kim varsa, duşub oləcəkdir. Sonra sur bir daha calınacaqdır, onlar qəbirlərindən cıxıb baxışacaqlar. Yer oz Rəbbinin nuru ilə işıqlanacaq, əməl kitabı ortaya qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcək. Onların arasında haqla hokm veriləcək və onlara hec bir haqsızlıq edilməyəcəkdir. Hər kəsə etdiyi əməlin haqqı tam veriləcəkdir. Axı O, onların tutduqları əməlləri cox yaxşı biləndir (“Zumər”, 39/68-70)”.

Dunyaya gəlib-getmiş butun insanlar hesab gunu dirildiləcəklər. Ancaq inkar edənlər ucun diriliş anı cətin kecəcək. İnkarcıların diriliş anındakı caşqınlıqları və o vəziyyətdəki danışıqları Quranda belə xəbər verilir:
“Onlar deyərlər: “Vay halımıza! Uyuduğumuz yerdən bizi kim qaldırdı? Bu ki Mərhəmətlinin vəd etdiyidir, elcilər doğru deyirlərmiş!” (“Yasin”, 36/52)”.
“Haqq olan vədə yaxınlaşanda kafirlərin gozləri bərələcək: “Vay halımıza ki, biz bundan bixəbər olmuşuq! Bəli, biz haqsız olmuşuq”, - deyəcəklər. (“Ənbiya”, 21/97)”.
“Vay halımıza!” nidası onların yaşadıqları boyuk qorxu və peşmancılığın ifadəsidir. Cunki həyatları boyu onları axirətlə tənbeh edib, qorxudan insanların doğru soylədiklərini yenidən dirildikləri gun başa duşəcəklər. Dolayısı ilə onlara vəd edilən başqa nəsnələrin də başlarına gələcəyini artıq anlayacaqlar. Bir zamanlar həqiqət olduğuna inanmadıqları əzabı cəkməyə məcbur ediləcəklər və qurtulmaq imkanları da olmayacaq.
Inkar edənlər dirilişdən sonra Allahın huzuruna gətiriləcəklər və butun əməllərindən dolayı sorğu-suala cəkiləcəklər. Bu hesablara gorə də barələrində hokm veriləcək. Bundan otru onlar kimi dunyada Allahın qoyduğu məhdudiyyətləri tanımayan, qururlanaraq hərəkət edən insanların hamısı birlikdə Allahın huzuruna gətiriləcəklər:
“Sur səslənən gun boluk-boluk gələcəksiniz. (“Nəbə”, 78/18)”.
Bu hesab gunu inkarcılar hec nəyin Allahın razılığını qazanmaqdan və Onun əzabından qorunmaqdan daha əhəmiyyətli olmadığını anlayarlar. Allahın gucunu və varlığını təsdiqləyən dəlillər acıq olduğu halda və Allah Onun razılığını qazanmağın yollarını gostərməsinə baxmayaraq, bu fursətdən nə ucun yararlana bilmədiklərini fikirləşdikcə yaşadıqları peşmancılıq daha da şiddətlənər. Danışıqlarından iclərindəki peşmancılıq acıq-aşkar hiss edilər:
“O gun haqsız kəs oz əllərini dişləyərək deyəcəkdir: “Kaş mən peyğəmbərlə birgə yol tutaydım! Vay halıma! Kaş filan-filan olmuşu ozumə dost gorməyəydim! Zikr mənə gəldikdən sonra o, məni ondan yayındırdı. Doğrudan da şeytan bərk ayaqda insanı qoyub qacar” (“Furqan”, 25/27-29)”.
Inkar edənlər hesab gunu butun bunları duşunərkən tamamilə oz hallarının qeydinə qalarlar. Belə ki, nə uşaqlarını, nə həyat yoldaşlarını, nə analarını, nə də atalarını gozləri gorməz. Allah bu vəziyyəti Quranda belə təsvir edir:
“Qulaqbatırıcı səs gələndə, o gun insan oz qardaşından qacar, oz anasından və atasından, həyat yoldaşı və oğlanlarından da. O gun onlardan hər kəsin ozunə kifayət edəcək işi olacaqdır. (“Əbəsə”, 80/33-37)”.
Qohumluq əlaqələrinin daha onlar ucun hec bir əhəmiyyəti qalmamışdır. Bu adamlar ucun əsas olan yeganə məsələ Allahın əzabından qurtula bilməkdir. Bunun muqabilində isə ovladlarını, həyat yoldaşlarını, bacı və qardaşlarını fidyə olaraq verməyi də təklif edərlər:
“O gun səma ərimiş mis kimi, dağlar da lazımsız yun kimi olacaqdır və dost dostun halını soruşmayacaqdır. O gun onlar bir-birilərinə gostəriləcəklər. Gunahkar o gunun əzabından qurtarmaq ucun fidyə vermək istəyəcəkdir. Oğlanlarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş qohum-əqrəbasını, yerdə olan kimsələrin hamısını da, təki sonra bu, onu xilas etsin. Xeyr! O dəhşətli atəşdir! (“Məaric”, 70/8-15)”.
Əlbəttə, hesab gunu inkar edənlərin sərf etdikləri bu əmək nəticəsiz qalacaq. Həmin insanların dunyada ikən mal, məqam və ovlad sahibi olmaq ən boyuk arzuları olmuşdu. Hətta bu məqsədlərinə cata bilmək ucun butun həyatlarını sərf etmişdilər. Ancaq hesab gunu bunların hec birinin dəyəri olmadığını başa duşəcəklər. Allahın yanına gətirildikləri an inkarcıların yox olmaq istədikləri, mominlərin isə həvəslə gozlədikləri və sevincli olduqları andır. Allah bu anı ayələrdə belə təsvir edir:
“O gun parlaq uzlər, gulər və şən uzlər də olacaqdır. O gun uzərinə toz cokmuş uzlər, his basmış uzlər də olacaqdır. Bunlar isə kafirlər və pozğunlardır. (“Əbəsə”, 80/38-42)”.
O gun inkarcıların sahib olduqları ən qiymətli şey Allahın razılığını qazanmaq məqsədi ilə etdikləri yaxşı əməllərdir. Ancaq inkar edənlər əbədi həyatlarını qurtara biləcək bu qiymətli xəzinəyə malik deyillər. Həyatları boyu hesab gunu Allaha təqdim edə biləcəkləri, ortaya cıxaracaqları bir yaxşılıq və xeyirxah iş etməmişlər. İman gətirmədiklərinə gorə ozləri yaxşı əməl kimi qəbul etdikləri işlər də hədər getmişdir. Allah bu həqiqətə Quranda belə diqqət cəkir:
“De: “Əməllərinə gorə ən cox ziyana duşənlər barədə sizə xəbər verəkmi? O kəslər ki, ozləri yaxşı işlər gorduklərini guman etdikləri halda, onların dunya həyatındakı cəhdləri boşa cıxmışdır”. Bunlar oz Rəbbinin ayələrinə və onunla goruşə inanmayan, buna gorə də əməlləri hədər getmiş kəslərdir. Qiyamət gunu Biz onlar ucun hec mizan-tərəzi də qurmayacağıq. (“Kəhf”, 18/103-105)”.
Dini inkar edənlər axirət gununun movcudluğuna həmişə şubhəylə yanaşdıqları ucun o gunə hazırlanmağa ehtiyac hiss etməmiş, ancaq kecici olan həyatda mal toplamaqla, nəfslərinin istəklərinə tabe olmaqla omurlərini kecirmişlər. İndi isə hec cur duzəldə bilməyəcəkləri bir peşmancılıqla qarşı-qarışyadırlar:
“Deyəcəklər: “Vay halımıza, bu ki, haqq-hesab gunudur!” Onlara deyiləcək: “Bu, sizin yalan hesab etdiyiniz ayırdetmə gunudur.” (“Saffat”, 37/20-21)”.
Ustəlik, dunyada etmiş olduqları butun vicdansızlıqlar, pisliklər və nankorluqlar Allah qatında noqsansız olaraq ortaya cıxarılacaq. Və onlar da etdikləri gunahlara şahidlik edəcəklər. Bu vəziyyət Quran ayələrində belə ifadə edilir:
“Onlar sənin Rəbbinə cərgə-cərgə gostəriləcəklər (və onlara deyiləcək): “Huzurumuza sizi ilk dəfə xəlq etdiyimiz gorkəmdə gəldiniz. Siz isə iddia edirdiniz ki, Biz sizə muəyyən bir vaxt təyin etməyəcəyik”. Əməl dəftəri ortaya qoyulacaq və sən gunahkarların onda olanlardan necə qorxuya duşduklərini gorəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə dəftərdir ki, nə kicik, nə də boyuk bir gunahı buraxmadan hamısının hesabını aparmışdır!”. Onlar tutduqları əməllərini goz qabağında gorəcəklər. Sənin Rəbbin hec kimə haqsızlıq etməz. (“Kəhf”, 18/48-49)”.
O gun insanlar əməlləri onlara gostərilsin deyə, boluk-boluk yerlərindən sıçrayıb cıxarlar: “O gun əməlləri ozlərinə gostərilmək ucun insanlar qəbrlərindən dəstə-dəstə cıxacaqlar. Kim bir zərrə qədər xeyir iş tutubsa, onu da gorəcəkdir. Kim bir zərrə qədər şər iş tutubsa, onu da gorəcəkdir. (“Zilzal”, 99/6-8)”.
Allahın Quran ayələrində bildirdiyinə gorə, bundan sonra novbə kitabların verilməsinə gəlir. Kitablar mominlərin sağ tərəflərindən verildiyi halda, inkar edənlərin sol tərəflərindən verilir. İnkarcılar olum mələkləri yanlarına gəlib canlarını aldığı andan peşmancılıq hiss edirlər. Bir peşmancılığı da kitabları əllərinə veriləndə kecirərlər. Allaha qarşı etdikləri gunahları gormək istəməz, bir az tez yox olmağı təmənni edərlər. Onların bu vəziyyətləri ayələrdə belə ifadə edilir:
“Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi! Onda mən haqq-hesabımı da bilməzdim. Kaş olum birdəfəlik olaydı! Mal-dovlətim də məni qurtarmaz. Hokmranlığım da məhv olub getdi.” (“Haqqə”, 69/25-29)”,
“...O gun insan oz əllərinin etdiyi əməlləri gorəcəkdir və kafir deyəcəkdir: “Kaş torpaq olaydım!” (“Nəbə”, 78/40)”,
“Əməl dəftəri arxasından verilənə gəlincə, o, olumu haraylayacaqdır, o, cəhənnəm odunda yanacaqdır. Halbuki o, dunyada oz ailəsi icərisində şad idi. Hec vaxt Rəbbinə qayıtmayacağını zənn edirdi. Xeyr! Axı Rəbbi onu gorurdu. (“İnşiqaq”, 84/10-15)”.
Butun bunları gorən inkarcılar dunyada yaşadıqları vaxt ərzində nə qədər boyuk bir fursəti qacırdıqlarını başa duşərlər. Bunu anlayanda da o boyuk sıxıntını, yəni peşmancılığı ən şiddətli şəkildə yaşayarlar. Lakin bunun əksinə, mominlərin sevinc icində olduqlarına şahid olarlar. Bunu gorən inkarcılar daha cox peşmancılıq cəkərlər. Cunki dunyada ikən inadkarlıqla mominlərin hər cağırışına qarşı cıxmış və ozlərinin daha ağıllı olduqlarını duşunərək, onlara arxa cevirmişdilər. Amma bir ayənin ifadəsilə desək, “dəqiq tərəzilər” qoyulmuşdur. Hamı kitabında yazılan əməllərinə gorə cənnətə ya da cəhənnəmə atılacaqdır. Hesab gunu inkarcılar hara gedəcəklərini əvvəlcədən başa duşər və buna gorə də cox qorxarlar. Belələrinin yaşadıqları qorxu bir ayədə belə bildirilir:
“Sən haqsızların qazandıqları (gunahların cəzasından) necə qorxduqlarını gorursən. Bu isə mutləq başlarına gələsidir... (“Şura”, 42/22)”.
Sonra Allahın sonsuz ədaləti təcəlla edər və hər kəsə etdiklərinin əvəzi bir zərrə belə əksik olmadan verilər:
“Biz Qiyamət gunu ucun ədalət tərəziləri quracağıq. Hec kəsə hec nədə haqsızlıq edilməyəcəkdir. Əməli bir xardal dənəsi ağırlığında belə olsa, Biz onu gətirəcəyik. Bizim haqq-hesab cəkən olmağımız kifayətdir. (“Ənbiya”, 21/47)”.
Mominlər asan hesaba cəkildikləri halda, inkar edənlərin hesabı cox cətin olar. Allahın dunyada onlara bəxş etdiyi hər nemətdən bir-bir hesaba cəkiləcəklər. Allahın əmr və tovsiyyələrinə tabe olub-olmadıqları, harada nankorluq etdikləri, iclərindəki usyankar fikirlər, pis sozlər, qulaq ardına vurduqları tənbehlər kimi həyatlarının hər anıyla bağlı əməllər barədə hesab verəcəklər. Ancaq qeyri-səmimi bəhanələri həmin gun kecməyəcək, hətta uzr istəmələrinə də icazə verilməyəcək. O gun inkarcıların qarşılaşacağı vəziyyət Quranda belə təsvir edilir:
“Yalan hesab edənlərin o gun vay halına! Bu, elə bir gundur ki, danışa bilməzlər, uzrxahlıq etməyə də onlara izn verilməz. Yalan hesab edənlərin o gun vay halına! Bu, sizi və sizdən əvvəlkiləri bir yerə cəm etdiyimiz ayırdetmə gunudur. Əgər bir hiyləniz varsa, Mənə qarşı qurun! Yalan hesab edənlərin o gun vay halına! (“Mursəlat”, 77/34-40)”.
Hesab tərəzisinin yaxşılıqlar toplanan gozu yungul gələn inkarcılar ayədə deyildiyi kimi, “...artıq nə tədaruk etdiyini bilmişdir” və gedəcəkləri yer də məlum olmuşdur. (“Təkvir”, 81/14.)
Bu əzablı yer ayələrdə “haviyə” olaraq adlandırılmışdır: “Kimin yaxşı əməllərinin tərəzisi ağır gələrsə, o xoş guzaran icərisində olacaqdır. Kimin tərəzisi yungul gələrsə, onun anası cəhənnəm ucurumu olacaqdır (onu cəhənnəm ucurumu ağuşuna alacaqdır). Onun nə olduğunu sən haradan biləsən?! O, cox qızmar bir oddur! (“Qariə”, 101/6-11)”.
Butun bunlar hesab gunu inkar edənlərin yaşayacaqları boyuk peşmancılığın şiddətini başa duşməkdən otru cox əhəmiyyətlidir. Cunki o gun gələndə insan peşman olmaq ucun gecikmiş olacaq. Əgər burada anladılanları fikirləşib, Allahın razı qalacağı gozəl davranışlarını coxaldarsa, yuxarıdakı ayədə bildirildiyi kimi “tərəzisi ağır gələcəkdir”. Ancaq bu şəkildə əbədi peşmancılıqdan qurtula biləcəkdir.

Hiç yorum yok:

Yorum Gönder