İNSANIN DUNYADA YAŞADIĞI PEŞMANCILIQ
“Oz Rəbbinizə uz tutub tovbə edin və sizə əzab gəlməmiş Ona itaət gostərin! Sonra sizə bir komək edən olmaz. Siz hec bilmədiyiniz halda, qəflətən əzab sizə gəlməzdən əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən yaxşı kəlamın ardınca gedin. (“Zumər”, 39/54-55)”.
İnsan bir təhlukə ilə qarşılaşanda onun vicdanı heyrətamiz surətlə hər şeyin hesabını aparmağa başlayır. Dunyada yaşadığı omrə və bu muddət ərzində gorduyu işlərə bir-bir qiymət verir. Əgər dunyada yaxşı işlər gorməyibsə, Allahın dininə tabe olmayıbsa, həmin an onu cox boyuk peşmancılıq sarır. Cunki həyatı boyu hec duşunmədiyi gercəklər bir anda butun yonlərilə insanın gozu onundən kecir. Bəlkə də omrundə birinci dəfə olumun, həqiqətən, cox yaxın olduğunu anlayır. Dunyadaykən cənnəti qazanacaq şəkildə omur surmədiyini və qapıldığı peşmancılıq hissinin də bu səbəbdən meydana gəldiyini duşunub, məsələni dərk edir. Allaha qarşı etdiyi nankorluğu başa duşur və bu hərəkətlərinin əvəzsiz qalmayacağını da cox yaxşı hiss edir. Həmin ana qədər hec vaxt yaşamadığı qorxu hissi onu buruməyə başlayır. Belə bir vəziyyətdən onu ancaq Allahın qurtara biləcəyini artıq qavrayır. Təhlukənin sovuşması ucun Allaha yalvarır, ona dualar edir. Əgər bəladan qurtulsa, cəkdiklərini hec vaxt unutmayacağına, Allaha şukr edəcəyinə və sonrakı həyatını bu həqiqətlərə gorə nizamlayacağına soz verir. Yetər ki, qurtulsun və əlinə bir də yaşamını surdurmək imkanı duşsun...
Amma insanların əksəriyyəti duşduyu təhlukəli vəziyyətdən cıxandan sonra verdiyi sozə sadiq qalmır. Allahın onu bəladan qurtarmasına rəğmən, yenidən əvvəlki vəziyyətinə qayıdır. Olumlə goz-gozə gələndə qəbul etdiyi həqiqətləri bir andaca yaddan cıxarır. Hiss etdiyi peşmancılıq və təslimcilik yerini əvvəlki nankorluğa verir. Təhlukə sovuşandan sonra sanki bir qədər əvvəl Allaha dua edən və peşmancılıq yaşayan ozu deyilmiş kimi, Allahdan uz cevirir. Əvvəlki həyatını surdurərək, bəlkə də dunyaya daha cox bağlanaraq, yaşamağa davam edir. Allah belələrinin ruhi vəziyyətini Quranda bu misallarla acıqlamışdır:
“Quruda da, dənizdə də sizə hərəkət verən Odur. Siz gəmidə olarkən, gəmilər onları xoş bir kuləklə apararkən və onlar buna sevinən zaman şiddətli tufan qoparaq, onların ustunə hər tərəfdən dalğalar gəldi və onlar elə zənn etdilər ki, artıq işləri bitmişdir. Onda onlar imanda Allaha sədaqət gostərərək Onu cağırdılar: “Əgər bizi bundan xilas etsən, şukr edənlərdən olarıq”. O, onları xilas etdikdə isə onlar dərhal haqsız olaraq, yer uzundə azğınlıq torədərlər. Ey insanlar! Sizin azğınlığınız bu dunya həyatının ləzzəti kimi əleyhinizədir. Sonra siz Bizə qayıdacaqsınız və Biz nə etdiklərinizdən sizə xəbər verəcəyik. (“Yunus”, 10/22-23)”.
“Əgər dənizdə sizə bir bəla toxunarsa, Allah istisna olmaqla, butun ibadət etdikləriniz yox olub gedərlər. Sonra isə O sizi xilas edib quruya cıxararsa, siz uz dondərərsiniz. Həqiqətən də insan naşukurdur. (“İsra”, 17/67-68)”.
Ayələrdə də bildirildiyi kimi, əcəba, insan bir təhlukədən canını qurtarandan sonra oxşar, yaxud başqa cur təhlukəylə qarşılaşmayacağından, qarşılaşsa da, yenidən qurtulacağından əmindirmi? Əlbəttə, bundan əmin olmaq mumkun deyil. Ustəlik, qurtulsa da, hec bir şey dəyişməz. Cunki onun yaşaması ucun verilən muddət başa catdıqdan sonra mutləq oləcək. Onda da eyni peşmancılığı yaşayacaq, lakin bu pemancılığın ona faydası olmayacaq.
Burada bəhs olunanlar əslində, dindən uzaq yaşayan butun insanların malik olduqları muştərək ruh halıdır. Allah Quranın başqa ayələrində bu insanların vəziyyətlərini bizə belə xəbər verir:
“İnsana bir xətər toxunduqda, boyru ustə uzanmış vəziyyətdə də, ayaq ustə də Bizi cağırar. Biz xətəri ondan sovuşdurduqda isə o cıxıb gedər, sanki Bizi ona toxunmuş xətərə gorə hec cağırmamışdı. Tutduqları əməllər həddini aşanlar ucun belə bənzədilmişdir! (“Yunus”, 10/12)”.
“İnsanlara bir ziyan toxunan zaman ozlərinin Rəbbinə uz tutaraq, Onu koməyə cağırarlar. Sonra Ozundən onlara bir mərhəmət daddıran kimi onların bir dəstəsi oz Rəbbinə şərik qoşar. (“Rum”, 30/33)”.
Gorunduyu kimi, ayələrdə də bəhs olunan insanlar bir sıxıntıyla uzləşdikləri zaman Allaha uz tuturlar. Ancaq təhlukədən qurtulandan sonra bir anda Allaha verdikləri sozu unudaraq, nankorluq edirlər. Buradan aydın olur ki, insanların yaşadıqları peşmancılıq qarşılaşdıqları təhlukə anındakı carəsizliklərindən doğur. Halbuki, yuxarıda da bildirdiyimiz kimi, Allaha inanan insanların yaşadıqları faydalı peşmancılıq belə deyil. Həqiqi peşmancılıq bir anda unudulmayan, insanı hərəkətə gətirən, hətta bəzi vaxtlar onda vacib dəyişikliklər edən bir hissdir. Urəyində səmimi bir peşmancılıq hiss edən adam həyatının ona bağışlanan sonrakı dovrunu Allahın rizasına uyğun yaşayar. Şərtlər dəyişəndə və ona yeni fursət veriləndə, qətiyyən əvvəlki vəziyyətinə donməz. Cunki belə nankorluğun Allahın ayələrində də bildirildiyi kimi, ozunun əleyhinə olacağını bilər.
Ayələrdə qeyd olunan gəmidəki insanların psixologiyasını Allah butun insanlara ibrət olaraq gostərib. Cunki bu, hər bir insanın nəfsində olan meyldir. Elə isə, hər insan nəfsinin bu mənfi xususiyyətindən imtina etməli, ayələrdə gostərilən insanların halından ibrət goturərək, vicdanı qarşısında səmimi hesabat verməlidir. Yəni bunları fikirləşməlidir:
“Mən buna bənzər bir vəziyyətlə qarşılaşsam, hansı ruhi vəziyyətdə olardım? Nələrdən peşman olar və mənə gələn təhlukədən qurtulduğum təqdirdə, nəyi dəyişdirəcəyimə dair Allaha soz verərdim? Nələrdən uzaqlaşar, hansı qərarlarımı səmimiyyətlə yerinə yetirməyə başlayardım?”
İnsanın bunları fikirləşməsi və doğru qərar verməsi ucun mutləq təhlukəli vəziyyətə duşməsi lazım deyil. Hətta belə bir təhlukəylə qarşılaşmadığı ucun hec kim aldanmamalıdır. Bəlkə də bu gun belə vəziyyətə duşməyəcəyini duşunən insanın başına cox yaxın vaxtlarda buna oxşar bir iş gələcək. Yaxud, bəlkə də omrunun axırına qədər hec bir təhlukəylə uzləşməyəcək. Amma qəti olan bir şey var ki, onun ucun təqdir edilən olum anı gəlib catan kimi olum mələklərini yanında gorəcək. Olumun həqiqət olduğunu gorəndə isə, əgər Allahın rizasına uyğun yaşamayıbsa, mutləq peşman olduğunu hiss edəcək.
Bu peşmancılıqla dunyada da, axirətdə də qarşılaşmamaq ucun dunyada yerinə yetiriləcək tək məsələ Allaha uz tutmaq, Onu sevmək, Ondan cəkinmək, Onun Quranda bildirdiyi əmrləri yaşamına tətbiq etməkdir. Olum cox yaxındır. Elə isə, insan edəcəklərini hec bir şəkildə gecikdirməməli, verdiyi qərarları da səbr və iradəylə həyata kecirməlidir. Allaha olan yaxınlığının, səmimiyyətinin olcusu isə carəsizlik və təhlukə anında Allaha uz tutub, iman gətirən adamın gostərdiyi yaxınlıq və səmimiyyət qədər olmalıdır. Həmcinin bu yaxınlıq və səmimiyyəti qalan butun omru boyunca davam etdirməlidir.
İnsanların yaddan cıxarmaması vacib olan ən əsas həqiqət budur: insanın dunyada yaşamasının əsl məqsədi Allahın razı olduğu bəndə olmaqdır. Bunun xaricindəki hər şey -qazandığı muvəffəqiyyətlər, sahib olduğu mal-mulk, ailəsi, ətrafı, məqamı Allaha yaxınlaşmaq ucun ancaq bir vasitədir. Bunların ona Allaha şukr etməsi, Ona uz tutması ucun verildiyini yaddan cıxarıb və ya fərqində olmayıb, sadəcə bu vasitələri əldə etməyi qarşılarına məqsəd qoyanların isə etdikləri hər şey boşa cıxacaq. Dunyada əldə etdikləri muvəqqəti faydalar həmin insanlara axirət gunundə hec nə qazandırmayacaq. Ustəlik, Allah daha cox belələrinin husrana ducar olacaqlarını bir Quran ayəsində belə acıqlayır:
“De: “Əməllərinə gorə ən cox ziyana duşənlər barəsində sizə xəbər verəkmi? O kəslər ki, ozləri yaxşı işlər gorduklərini guman etdikləri halda, onların dunya həyatındakı cəhdləri boşa cıxmışdır”. Bunlar oz Rəbbinin ayələrinə və onunla goruşə inanmayan və buna gorə əməlləri hədər getmiş kəslərdir. Qiyamət gunu Biz onlar ucun hec mizan-tərəzi də qurmayacağıq. (“Kəhf”, 18/103-105)”.
Əgər insan dunyadakı halı, davranışları və əxlaqıyla Allahı razı salarsa, Allah onu dunyada da, axirətdə də qoruyacaq. Ancaq dunyada ikən bu fursəti əlindən buraxarsa, olum mələkləri yanına gələndə artıq duzəldə bilməyəcəyi səhvləri anlayacaq və sonsuza qədər surən bir peşmancılıq icində yaşayacaq. Quranda Rəbbinin huzuruna cıxarılanda etdiklərinə gorə peşman olan insanların etirafı belə bildirilir:
“O, deyəcəkdir: “Kaş həyatım ucun əvvəldən tədaruk edəydim!” (“Fəcr”, 89/24)”.
“...Kaş oz Rəbbimə hec kimi şərik qoşmayaydım! (“Kəhf”, 18/42)”.
“...Kaş mən peyğəmbərlə birgə yol tutaydım! (“Furqan”, 25/27)”.
Etdiklərinə gorə peşman olub, carəsizlik icində bu sozləri soyləmək istəməyən hər bir insan vaxt itirmədən, elə indi onu yaradan Rəbbinə uz tutmalı və Onun istədiyi şəkildə yaşamını davam etdirməlidir.
Dunyadakı peşmancılıqdan ibrət
goturmək lazımdır
Dunya həyatı insanların cənnətdəki noqsansız və sonsuz həyatı qazana bilmələri ucun verilmiş cox əhəmiyyətli bir fursətdir. Bu fursətdən istifadə edə bilməyərək dindən uzaq yaşayan insanlar isə yuxarıda da qeyd etdiyimiz kimi, axirətdəki əzabı gorəndə, mutəmadi olaraq dunyada kecirdikləri hər dəqiqənin peşmancılığını yaşayacaqlar. Cunki bu insanlar dunyada kifayət qədər tənbeh edilmiş, cənnətin və cəhənnəmin movcudluğu barədə xəbərdar olunmuşdular. Onlara hansı davranışlarının necə nəticə verəcəyi bildirilmişdi. Ancaq bu gedər-gəlməz sona varmamışdan əvvəl dunyada yaşadıqları muddətdə Allah insanlara peşmancılığın necə bir hiss olduğunu daddırır. Olumdən əvvəl bəlkə duşunə və həqiqəti gorələr deyə, peşmancılıq hissini onlara mutləq yaşadır.
Bununla yanaşı, peşmancılığı iclərində yaşayan insanlara səhvlərini və yanlış davranışlarını duzəldə bilmələri ucun vaxt da verir. Hər insan dunyada ikən həyatını Allahın ondan istədiyi kimi qurmaq və tovbə edərək, qalan həyatını Allahı razı salacaq şəkildə davam etdirmək imkanına malikdir.
Bu baxımdan, dunyada yaşanan peşmancılıq hissi əslində insanlara Allah tərəfindən verilmiş cox boyuk fursətdir. Cunki əgər peşmancılıqdan sonra Allaha uz tuturlarsa, Allah insanların bu səmimiyyətinin əvəzində onları əbədi olaraq xilas edir. Ancaq əksinə, Allahdan gələn bu tənbeh və fursətlərə əhəmiyyət verməyərək, vaxtlarını necə gəldi kecirirlərsə, cəzaları sonsuza qədər qurtula bilməyəcəkləri əbədi bir peşmancılıq və əzab olur.
Səhv edib sonra peşman olan insanlar haqqında Quranda coxlu misallar gostərilir. Yaşadıqları peşmancılıq bu insanlardan bir qismini Allaha yonəltmiş, digərlərinin isə həyatlarında bir də eyni səhvləri təkrar etmələrinə şərait yaratmışdır. Bir qisim də muəyyən vaxt kecəndən sonra yaşadığı sıxıntıları yaddan cıxarmış, əvvəlki usyankar vəziyyətinə qayıtmışdır.
Insanların səhvlərinə gorə cəkdikləri peşmancılığın onları tovbəyə məcbur etməsinə və doğru yola yonəltməsinə numunə kimi Quranda Hz. Peyğəmbərimiz dovrundə mubarizədən kənarda qalan uc nəfər gostərilir:
“Allah peyğəmbərin, urəkləri az qala başqa tərəfə meyl etdikdən sonra cətin anda onun ardınca getmiş bəzi muhacirlərin və ənsarların tovbələrini qəbul etdi. Sonra bir daha tovbələrini qəbul etdi. Axı Allah onlara qarşı şəfqətlidir, rəhmlidir!”. “Doyuşdən geri qalmış uc nəfərin də tovbəsini qəbul etdi. Yer oz genişliyi ilə onlar ucun daralanda, urəkləri sıxılanda və Allahdan başqa bir sığınacaq olmadığını duşunəndə, Allah onların tovbələrini qəbul etdi ki, onlar əvvəlki vəziyyətə donsunlər. Axı Allah tovbələri qəbul edəndir, mərhəmətlidir. (“Tovbə”, 9/117-118)”.
Yuxarıdakı ayələrdə də gorunduyu kimi, o dovrdə peyğəmbərdən dala qalan uc nəfər daxilən cox peşman olmuşdular. Ancaq bu hissdən qurtulmaq ucun yeganə yolun yenə Allaha sığınaraq, tovbə etmək olduğunu da başa duşmuşdulər. Həqiqi peşmancılıq insanları tez bir zamanda hərəkətə gətirən, onları dəyişdirən, səhvlərini duzəltməyə istiqamətləndirən peşmancilıqdır. Belə səmimi peşmancılıqla insanlar həyatlarinın qalan hissəsini Allahın razılığına uyğun yaşayacaq və Allahın bağışlayan və mərhəmətli olduğunu gorməyə umid edəcəklər. Cunki Allah tovbələri qəbul edər və səhvlərini duzəldən bəndələrini bağışlayar:
“Tovbə edib iman gətirən və əməlisaleh olanlardan başqa; Allah bunların pis əməllərini yaxşıları ilə əvəz edər. Axı Allah bağışlayandır, rəhmlidir. Kim tovbə edib əməlisaleh olarsa, o, Allaha doğru uz tutmuş olar. (“Furqan”, 25/70-71)”.
“Pis əməllər tutub, sonra tovbə edərək iman gətirənlər, həqiqətən sənin Rəbbin bundan (tovbədən) sonra bağışlayandır, rəhmlidir. (“Əraf”, 7/153)”.
“Həqiqətən də Mən tovbə edəni, əməlisaleh olub sonra duz yolla gedəni bağışlayanam. (“Taha”, 20/82)”.
Eyni zamanda, Quranda peyğəmbər gondərilən qovmlərin etdikləri boyuk səhvlərə gorə peşman olduqları da bildirilir. Məsələn, Hz. Musanın Tur dağına getməsindən istifadə edən qovmu Allahı unudub, bir heykələ sitayiş etməyə başlamış, ancaq hərəkətlərinin boyuk səhv olduğunu biləndə, cox peşman olmuşdular. Qovmun icinə dolan bu peşmancılıq Quran ayələrində belə bildirilir:
“Musanın tayfası ondan sonra oz bəzək şeylərindən boyurtusu olan bir buzov heykəli duzəldib, ozlərinə tanrı goturdu. Bəs onlar gormurdulər ki, o, nə onlarla danışır, nə də onlara duz yol gostərir? Onu ozlərinə tanrı goturdulər və zalım oldular. (“Əraf”, 7/148-149)”.
Quranda bu movzuda gostərilən başqa bir misal isə bağ sahibləri ilə bağlıdır. Bağ sahibləri Allahın nemət olaraq verdiyi bağı ozlərininki sayıb qurrərlənmiş və Allaha şukr etməyi unutmuşdular. Lakin bundan sonra gələn əzab onların bu davranışlarına gorə peşman olmalarına və Allaha uz tutmalarına səbəb olmuşdu:
“Biz onları vaxtilə bağ sahiblərini sınadığımız kimi sınadıq. O zaman bağ sahibləri and icmişdilər ki, səhəri acan kimi gedib onun meyvələrini dərəcəklər. Onlar hec bir istisna yeri də qoymamışdılar. Onlar yuxuda ikən sənin Rəbbindən o bağa bir bəla uz verdi və bağ yanıb qapqara oldu. Səhər tezdən onlar bir-birilərini səslədilər: “Əgər meyvə dərəcəksinizsə, bağınıza erkən cıxın”. Onlar aralarında xısın-xısın danışa-danışa yola duzəldilər: “Oraya -sizin yanınıza bu gun hec bir kasıb soxulmasın”. Və onlar buna qadir olduqlarını guman edərək, səhər yola cıxdılar. Bağı gorəndə isə dedilər: “Biz həqiqətən də azmışıq! Yox, biz hətta bağımızdan məhrum olmuşuq!” Onlardan insaflısı dedi: “Məgər mən sizə demədimmi ki, Allaha təriflər deyəsiniz!”. Onlar dedilər: “Rəbbimizə təriflər olsun, biz həqiqətən də haqsızlar olmuşuq!”. Onlar bir-birilərinə tənə vurmağa başladılar. Dedilər: “Vay halımıza! Biz həddi aşanlardan olmuşuq. Bəlkə Rəbbimiz bağdan daha yaxşısını bizə əvəz verər. Axı Biz hər şeyi Rəbbimizdən istəyirik”. (“Qələm”, 68/17-32)”.
Təəssuf ki, insanların əksəriyyəti dunyada ikən peşman olmaları və tovbə edib saleh əməllər etmələri ucun gələn tənbehləri şərait və şərtlər dəyişəndə, yenə bir fursət veriləndə tez yaddan cıxarırlar. Bu tənbehi gorməməzlik uzundən əvvəlki vəziyyətlərinə qayıdanların tovbə etmədikləri muddət ərzində nankorluqları əvəzsiz qalmayacaq.
Hz.Salehin peyğəmbər olaraq gondərildiyi Səmud xalqının başına gələnlər də bu qəbildəndir. Allahın elcisi onları acıq şəkildə tənbeh etdiyi, peşman olacaqlarını, əzabla qarşılaşacaqlarını bildirdiyi halda, onlar təkidlə usyan etməyə davam etmişdilər. Əlbəttə, Allah vədindən donməzdir və bu insanlara vəd etdiyi əzabı onlara gostərmişdir:
“Saleh dedi: “Bu, dişi dəvədir. Onun da, sizin də hər gun ceşmədən su icmək ucun məlum vaxtlarınız vardır. Ona əziyyət verməyin, yoxsa boyuk gunun əzabı sizi yaxalayar”. Onlar isə onu kəsdilər, sonra peşman oldular. Onları əzab yaxaladı. Həqiqətən bunda bir ibrət vardır, onların coxu isə inanmır. Həqiqətən, sənin Rəbbin qudrətlidir, rəhmlidir. (“Şuara”, 26/155-159)”.
Yadda saxlayın ki, Allah sonsuz ədalət sahibidir. Edilən hec bir xətanı əvəzsiz buraxmaz. Ancaq Onun razı qalmasından otru edilən gozəl əməllərin əvəzini bir necə qat artıqlaması ilə verir. Səmimi peşmancılıq duyaraq Ona uz tutan hər bir kəsi qurtaracağını və onu rəhməti, cənnətilə mukafatlandıracağı haqda mujdələyir. Bu vəziyyətdə insanın ozu-ozunə bu sualı verməsi lazımdır: “Dunyada yaşadığın muvəqqəti bir peşmancılığın nə qədər boyuk sıxıntı verdiyini bildiyin halda, sonsuzadək davam edəcək peşmancılığı yaşamağın duzgundurmu? Ustəlik, əzabın bir an da olsa, yungulləşdirilməyəcəyi cəhənnəm həyatındakı peşmanciliğı yaşamaq..”.
Əlbəttə, hec kim belə peşmancılığı cəkə bilməz. Bu vəziyyətdə insanın gorməli olduğu iş məlumdur. Duyada bu fursəti dəyərləndirmək imkanı hələ hər insan ucun movcuddur. Bu fursətdən istifadə edən insan nəinki cəhənnəm əzabından qurtulacaq, həm dunyadakı, həm də cənnətdəki butun nemətlərin sahibi olacaq. Bu nemətlərə qovuşmaq və cəhənnəm əzabı cəkmədən yaşamaq istəyən hər bir insan həyatını Allahın razılığını qazanmaq prinsipi uzərində qurmalıdır. Qeyd-şərtsiz Onun dəvət etdiyi, qaranlıqlardan nura cıxaran yolun yolcusu olmalıdır:
“Sizi zulmətlərdən işığa cıxarmaq ucun xeyir-duasını uzərinizə salan Odur. Onun mələkləri də sizin ucun dua edirlər. O, mominlərə rəhm edəndir. Allahla goruşəcəkləri gun onların ilk eşidəcəkləri soz “Salam” olacaqdır. O, onlar ucun gozəl mukafat hazırlamışdır. (“Əhzab”, 33/43-44)”.
Hiç yorum yok:
Yorum Gönder