GİRİŞ
İnsan dunyada bəzən maddi-mənəvi muxtəlif musibət və sıxıntılarla qarşılaşır. Ancaq insana əzab verən elə bir hiss var ki, o bəlkə də hec bir fiziki əziyyətlə muqayisə edilməyəcək qədər şiddətlidir və insanın ruhunda boyuk əzginlik əmələ gətirir. Bəhs etdiyimiz bu hiss peşmancılıq hissidir.
Peşmancılığın iki fərqli şəkli var. Allaha iman gətirən insanların yaşadıqları peşmancılıqla yuxarıda tərif etdiyimiz və inkarcı insanların yaşadıqları peşmancılıq bir-birindən cox fərqlidir.

Mominlər hər hadisədən Allahın xəbəri olduğunu və Onun icazəsi ilə baş verdiyini, başlarına nə gəlsə, Allahın izni ilə olduğunu qəti olaraq bilən insanlardır. Buna gorə də cox muhum xususiyyətlərindən biri olan təvəkkulu əsas gotururlər. İnanan insan cətinliklə də qarşılaşsa, hec etmək istəmədiyi səhv bir iş gorsə, təvəkkullə hərəkət edər. Əgər səhv bir addım atıbsa, tez tovbə edər və Allahın onu bağışlayacağını duşunər. Bu səbəbdən də sıxıntılı və uzun muddət davam edən peşmancılıq hissinə qapılmaz. Mominin hiss etdiyi peşmancılıq onu səhvlərini duzəltməyə, tovbə edərək belə bir davranışı bir də təkrarlamamağa istiqamətləndirər. Yəni ozunu duzəltməsinə, noqsanlarını aradan qaldırmasına təhrik edər, ancaq hec vaxt sıxıntıya, ruh duşkunluyunə səbəb olmaz. Şovqunu, həyəcanını, imani coşğusunu azaltmaz, tərəddudə və vəsvəsəyə salmaz.