GİRİŞ
İnsan dunyada bəzən maddi-mənəvi muxtəlif musibət və sıxıntılarla qarşılaşır. Ancaq insana əzab verən elə bir hiss var ki, o bəlkə də hec bir fiziki əziyyətlə muqayisə edilməyəcək qədər şiddətlidir və insanın ruhunda boyuk əzginlik əmələ gətirir. Bəhs etdiyimiz bu hiss peşmancılıq hissidir.
Peşmancılığın iki fərqli şəkli var. Allaha iman gətirən insanların yaşadıqları peşmancılıqla yuxarıda tərif etdiyimiz və inkarcı insanların yaşadıqları peşmancılıq bir-birindən cox fərqlidir.

Allaha iman gətirməyən insanların yaşadıqları peşmancılıq hissi isə cox sıxıntılı və davamlıdır. Belələrinin təvəkkulu olmadığı ucun qarşılaşdıqları cətinliklərə, etdikləri hər səhv hərəkətə gorə dəhşətli sıxıntı cəkirlər. Həyatları boyu “kaş” nidası ilə yaşayırlar: “kaş etməsəydim”, “kaş deməsəydim”, “kaş getməsəydim”...
Ancaq bundan daha əhəmiyyətli bir məsələ var. Belə ki, insanların dunyada ikən yaşadıqları bu sıxıntılı peşmancılıqdan daha boyuyu axirətdə qarşılarına cıxacaq. Dunyada dindən uzaq olan insanlar, axirətdə həmişə dunyada yaşadıqları hər dəqiqənin peşmancılığını hiss edəcəklər. Cunki dunyada onlara coxlu xəbərdarlıq olmuş, doğru yola dəvət edilmişdilər. Fikirləşmək və həqiqəti tapmaq ucun cox zamanları olmuşdu. Ancaq bunları həmişə qulaqardına vurmuş, xəbərdarlıq ediləndə dinləməmiş və dunyadakı yaşamın hec bitməyəcəyi kimi aldadıcı bir hissə qapılaraq axirəti yaddan cıxarmışlar. Cəhənnəmlə qarşılaşanda isə artıq geri qayıdıb səhvlərini duzəltməyə imkan tapa bilməyəcəklər. Quranda bu adamların axirətdəki peşmancılıqla dolu sozləri belə ifadə edilmişdir:
“Biz sizi yaxın bir əzab barəsində xəbərdar etmişdik. O gun insan oz əllərinin etdiyi əməlləri gorəcəkdir və kafir deyəcəkdir: “Kaş torpaq olaydım!” (“Nəbə”, 78/40)”.
“Sən onların cəhənnəm odu uzərinə qoyularkən, “Kaş ki, biz geri qaytarılaydıq, Rəbbimizin ayələrini yalan hesab etməyəydik və mominlərdən olaydıq”- dediklərini gorəydin! (“Ənam”, 6/27)”.
“Onlar deyəcəklər: “Əgər qulaq assaydıq və ya anlasaydıq, cəhənnəm odu əhli icərisində olmazdıq”. (“Mulk”, 67/10)”.
Sizə təqdim etdiymiz bu kitabın məqsədi “kaş ağıllı hərəkət edəydik, kaş Rəbbimizin ayələrini yalan saymayaydıq, kaş bizə xəbərdarlıq edənlərin sozlərinə əməl edəydik, kaş...” deyəcəkləri və torpağa donub yox olmağı istəyəcək qədər boyuk peşmancılıq cəkəcəkləri gunlə bağlı insanları tənbeh etmək və hələ ki, duzəlmək imkanı olduğundan, onları Allah ucun yaşamağa cağırmaqdır.
Unutmayın ki, o gun bir kimsənin peşmancılığının başqasına faydası olmayacaq və onun ozunu cəhənnəmin əzabından qurtarmayacaq. Bu peşmancılığı yaşamamağın yeganə yolu vaxt varkən Allaha təslim olmaq, Onun əmr etdiyi şəkildə yaşamaqdır.
Bu kitab sığınacaq hec bir yerin və hec cur qurtuluş imkanının olmadığı axirət əzabına qarşı bir xatırlatma, Allahın yoluna dəvətdir.
“Qarşısı alınmaz qiyamət gunu Allah tərəfindən gəlməmiş Rəbbinizə cavab verin. O gunu sizin ucun nə bir sığınacaq yeri, nə də inkar etməyə imkan olacaqdır (“Şura”, 42/47)”.
Hiç yorum yok:
Yorum Gönder